Friday, March 7, 2014

yaxwiliga aid atalar sozleri

Merhabalar sevgili site takipçilerimiz. Yogun talep üzerine sizlere bugün yaxwiliga aid atalar sozleri makalesini sunmaya karar verdik.


Ayaz Mütəllibov: "Çox hadisələr xaricdən idarə olunurdu. Ona görə bir-iki nəfəri həbs etməklə məsələni həll edə bilməzdim"
















"Mircəfər Bağırovdan sistem bunu tələb edirdi. Müstəqil dövlət deyildi ki, kiminsə xüsusi öz sözü olsun"







yaxwiliga aid atalar sozleri 1
Müsahibimiz Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibovdur. 






- Ayaz müəllim, mayın 12-si ad gününüz idi, 73 yaşınız tamam oldu. Sizi təbrik edir, can sağlığı, həyat yoldaşınızla, övladlarınızla, nəvələrinizlə birgə uzun, xoşbəxt ömür arzulayırıq. Ad günlərinizi necə keçirirsiniz?


- Adətən evdə oluram. Burada da qohumlarımız var. Bir-iki nəfər yaxın qohum dəvət olunur. 


- Övladlarınız, nəvələriniz sizə hədiyyə verirlər?


- Kimsə qalstuk verir, kimsə qoluqısa, kimsə qolu uzun köynək verir.


- Deyirlər həyat yoldaşınız Adilə xanım sizi o qədər çox istəyir ki, tək qoyub bir günlüyə Bakıya da getmir. Bu həqiqətdir?


- Bəli həqiqətdir.


- Neçə ildir bir yerdə yaşayırsınız?


- 1962-ci ildən bəri.


- Yaxşılıq etdiyiniz adamlardan sizi satanlar çox olub?


- Bəli çox olub, həddən artıq.


- Bəs satmayanlar olub?


- Satmayanlar da olub, nadir halda.


- Məsələn, satmayanlar kimlərdir?


- Misal üçün Araz Əlizadə.


- Başqa heç kim?


- Var da, indi düşünməliyəm. Mənim hörmətimi saxlayan qohumlarım, sıravi adamlar. Elə adamlar var ki, vaxtı ilə məndən nə vəzifə, nə bir başqa qiymət alıblar. Vaxtaşırı mənə məlum olmayan insanlar zəng edib təbrik edirlər. İndiyə qədər sadə adamların çoxu mənim hörmətimi saxlayır. Vəzifəli şəxslərin heç birini nümunə kimi göstərə bilmərəm.


- Bəlkə siz insanları tanıya bilmirsiniz, həmişə satqın adamları ətrafınıza yığırsınız?


- Mən fərdi olaraq heç kimi seçməmişəm. Deyirlər ki, filankəsin komandası olub, yaxud olmayıb. Əsasən 80-ci illərdə yenidənqurma siyasəti ilə bağlı olan hadisələrdə adamlara birinci növbədə sual verirdilər ki, komandanız var, yoxsa yox. Bu, Avropa demokratiyasına uyğun olan praktikadır. Mən dövlət başçısı olan zaman ətrafımda dolaşanların hamısı son 20 il ərzində püxtələşib meydana çıxan adamlardır. Mən onların çoxunu yaxından tanımırdım. Onlarla birlikdə işləməmişdim. Ona görə də deyəndə ki, Ayaz Mütəllibova öz komandası dəstək verməyib, mən deyirəm ki, mənim komandam olmayıb. Bircə istisna şərti ilə, 1991-ci ilin noyabrında  vertolyot qəzasında həlak olan adamlara deyə bilərəm ki, onlar mənim komandam olub. Məhz ona görə də düşmənlərimiz o vertolyotu partladıb.


- Yaxşılıq elədiyi adamlar onun haqqını itirəndə Heydər Əliyev yaxşılığını onların başına qaxırdı. Siz niyə bunu etmirsiniz? 


- Bu vaxta qədər heç kimə deməmişəm ki, sənə nə isə eləmişəm. Ancaq son 20 il ərzində mənə rast gələn adamlar, tanımadığım adamlar deyiblər ki, siz filan yerdə işləyəndə mənə filan şeyi etdiniz. Belə adamlar var, amma mənim təbiətim imkan vermir kiminsə üzünə vurum, kiməsə deyim mən sənə nəsə eləmişəm. O qalır həmin adamın vicdanına.


- Nankor adamları cəzalandırmaq lazım deyil?


- Yox, yox. Mənim işlədiyim vaxt elə xüsusi dövr idi ki, onu indiki vəziyyətlə, son 20 il ərzində toplanmış təcrübə ilə  müqayisə etmək olmaz. Mənə deyirlər ki, bir-iki nəfər tutub basaydın, bununla da düzələydi. Azərbaycanda olan hadisələr nəzarətdə idi. Azərbaycan xalqının xəbəri olmadan Azərbaycan siyasətçiləri oyuncaq kimi adamlar idi. Çox hadisələr xaricdən idarə olunurdu. Mən bunu bilirdim. Ona görə bir-iki nəfəri həbs etməklə məsələni həll edə bilməzdim.


- Ləyaqətli adam yaxşılığı itirməməlidir, üstündə haqqınız  olan adamlar sizin yaxşılığınızı niyə itirməlidir? 


- Nə deyim, bu da bir xüsusiyyətdir, mentalitetdir. İstinad etdiyiniz Heydər Əliyev Moskvada olanda bu vəziyyətə düşməmişdi? Məcburiyyət qarşısında vəzifədən çıxandan sonra onu yada salan yox idi. Şəxsən mənim özümə də bir dəfə Moskvada görüşəndə dedi ki, "Halıma yanan olmadı. Həmin bu xalqa mən nələr eləməmişəm?" Şəxsən bunu mənə özü danışdı.


- Sizin satan insanların sonu necə oldu? Onlar xeyir tapdılar?


- Xeyr. O, ali qüvvənin işidir. Mən həmişə demişəm onların hamısını əfv edirəm. Ancaq onların cəzası mənlik deyil. O, İlahinin işidir.


- İndiki iqtidar niyə Azərbaycana qayıdışınızı istəmir? Sizin gəlişiniz dövlət üçün təhlükəlidir, yoxsa bəzi məmurlar üçün?


- Cəmiyyətdə azdan-çoxdan hörmətim var. Bəziləri bunu dediyiniz kimi qələmə verir. Mən bu yaşda küçə hərəkətinə qoşulan deyiləm. Mən xalqa, ölkəyə xidmət edən adamam. Mənə qarşı qorxu boş söhbətlərdir. Elə adamlar var, ancaq onlar nahaq qorxurlar.


- Onlar nədən qorxurlar?


- Qorxurlar ki, məsəl üçün, mən düz məsləhətlər verərəm. Hadisələrə düzgün qiymət verərəm. Cəmiyyətdə yəqin ki, mənim sözümü eşidənlər var. Ona görə çəkinirlər. Deyə bilmərəm nədən qorxurlar, hər ehtimala qarşı belə adamlar var.


- Belə söhbətlər gəzir ki, Prezident İlham Əliyev Ayaz Mütəllibovun gəlişinə razıdır, amma onun ətrafındakı qüvvələr buna imkan vermirlər. Bu həqiqətdir?


- Nə deyim, ola da bilər, olmaya da bilər. Dəqiq deyə bilmərəm. Dəqiq desəm onda gərək adlarını çəkəm. Amma məndə belə bir məlumat yoxdur.


- Eks-prezidentlər haqqında qanun məhz sizə görə qəbul olunmur?


- Xeyr, mən onu deyə bilmərəm.


- Nəriman Nərimanovdan başlayaraq Mircəfər Bağırov, Vəli Axundov, İmam Mustafayev, Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy, İlham Əliyev və başqa rəhbərlər də daxil olmaqla Azərbaycana ən çox ziyan vuran və ən çox xeyir verən rəhbər hansıdır?


- Belə bir təhqiqat aparmamışam ki, müqayisə edim. Ancaq onu deyə bilərəm ki, adlarını çəkdiyiniz adamların xeyirxah işləri də çox olub, nöqsanları da olub. Nöqsanı olmayan rəhbər mən hələ tanı-mamışam.


- Mircəfər Bağırov həqiqətən Azərbaycan xalqına ən çox ziyan vurub ki, ona ən ağır cəza veriblər?


- Onun işlədiyi zəmanəyə istinad etmək lazımdır. O zaman ittifaq respublikaların rəhbərləri mərkəzin sözündən qaça bilməzdilər. Bu ab-hava sistemli qaydada yaranmışdır. Ona görə mən deyə bil-mərəm. Mircəfər Bağırovdan sistem bunu tələb edirdi. Yerlərdə məmurlar idi. Müstəqil dövlət deyildi ki, o zaman kiminsə xüsusi öz sözü olsun.


- Nərimanovun, Bağırovun vaxtında indiki həddə olan rüşvətxorluq olmayıb. Nədən sonrakı illərdə rüşvətxorluq və oğurluq bu həddə gəlib çatdı?


- Rüşvətxorluq həmişə olub. Amma onun dərəcəsi var.


- Mircəfər Bağırovun vaxtında indiki kimi rüşvətxorluq olub?


- Onun vaxtında niyə olmayıb? Ancaq demək olmaz ki, bu onun təqsiri olub, bunu o istəyib. Xırda-para adamlar, yerlərdə məmurlardan rüşvət alan olub, təbii bir şeydir.


- Həyat inkişaf etdikcə insanlar oğurluq, rüşvətxorluq kimi halları öz ləyaqətinə sığışdırmır. Bizdə niyə insanlar ləyaqətlərini itirə-itirə gedirlər? Bu, rəhbərlərin günahıdır?


- Bütün cəmiyyət günahkardır. Rüşvət istəyirlər vermə. Bir nəfər, yüz nəfər, min nəfər verməsə rüşvət istəyən də olmaz.


- Niyə Rusiyada olduğu kimi Azərbaycanda da hazırda həqiqi güclü müxalifət yoxdur?


- Bu məcburi vəziyyətdir. Deyirsiniz demokratiya. Ayaz Mütəllibov humanist, demokrat bir insan olub. Müxalifəti təmsil edən insanlara demişəm ki, o ağır dövrdə mənə dəstək verin, hamınız cavansınız, hakimiyyətə gələcəksiniz, biz demokratik cəmiyyət qururuq. Yox ki, yox. Biz buna bu gün də olmasa, sabah mütləq nail olmalıyıq. Bu adamlara nə deyəsən, nə qiymət verəsən?


- Ərəb ölkələrində də hazırda həmin vəziyyət baş verir. Diktatorlar müxalifətə deyirlər istədiyiniz islahatları keçiririk, amma müxalifət hakimiyyət istəyir.


- Burda müxtəlif səbəblər var. Avropanın ikili standartlarının nəticəsində diktatorlar meydana gəlir.


- Ərəb ölkələrindəki hadisələr o xalqların xeyrinə olacaq?


- Çətin ağlım kəsir ki, xalqların xeyrinə olsun. Baxın görün Liviyanı nə vəziyyətə salıblar. Qaçhaqaçdır, millət qaçır ordan. Kimdir demokratiyanı düşünən? Kimsə xaricdən deyir ki, demokratiya gətiririk. Əgər gətirilirsə, bəyəm bu xalqı bombalamaq lazımdır?


- Diktatorlar vaxtında xalqları maarifləndirsəydilər, yalan, qorxu, yaltaqlıq altında saxlamasaydılar, mənəviyyatsız etməsəydilər, indi bu faciələri yaşayardılarmı? 


- Bəli, vəzifədə olan şəxs gərək bu məsuliyyəti öz boynunda daşısın. Bilsin ki, o, məmur olduğu şəraitdə xalqın maariflənməsi məsələləri ilə məşğul olmalıdır. Bu, bilavasitə onun borcudur. Bütün sis-tem buna işləməlidir.  Xalq bilməlidir bu xalq hardan gəlib və hara gedir, kimdir, nəçidir, nə istəyir. Bu sualları hər bir vətəndaş özü özünə verməlidir. Evdə oturub düşünmək ki, kimsə gələcək, mənə çörək verəcək, bunlar hamısı gətirib bu vəziyyətə çatdırır.


- Nə üçün Azərbaycanda əsl müxalifət güclənə bilmir?


- Bu xalqımızı, cəmiyyətimizi səciyyələndirən bir xüsusiyyətdir. Hər kəs özünü birinci görür.


- Şəxsi ambisiyalar müxalifəti güclənməyə qoymur?


- Şəxsi ambisiya da var.


- Zərdüşt Əlizadə deyib ki, ərəb ölkələrində baş verən hadisələr Azərbaycana təsir etməyəcək. Yalnız Rusiyada baş verən ictimai-siyasi vəziyyət Azərbaycana təsir edə bilər. Siz də belə düşünürsünüz?


- Belə fikri söyləməyə əsas var.


- Rusiyada yaxın vaxtlarda demokratikləşmə prosesi gözlənirmi?


- Müəyyən ictimai-siyasi hadisələr cərəyan edir. Mətbuatda bunu izləmək olar, narazı olanlar çoxdur. Buranın da problemi çoxdur. Mən inanıram ki, Rusiyada demokratik dəyərlər daha intensiv əldə olunacaq. Bu baxımdan Rusiyada olan ab-havanın Azərbaycana təsiri var. Ümumiyyətlə, Cənubi Qafqazdan söhbət gedir.


- Siz hakimiyyətdə olsaydınız, şərəfinizə gül bayramı keçirilməsinə razı olardınızmı?


- Yox, mən razı olmazdım.


- Yaltaqların əlindən canınızı necə qurtarardınız? Əslində prezidentdə günah yoxdur, yaltaqlar onu girinc edirlər.


- Hə elədir də, elədir. Sizə bir misal deyim, özünüz nəticə çıxarın. Prezident olduğum vaxt bir gün mən evdə xəbərlərə baxırdım. Bir də gördüm ki, diktor 5 dəfə mənim adımı çəkir. O zaman mən 5 fərmana qol çəkmişəm. Diktor fərmanların beşini deyir və 5 dəfə mənim adımı çəkir. Mən əsəbiləş-dim.  Televiziya komitəsinin rəhbərliyinə zəng etdim. Dedim baxırsan xəbərlərə? Dedi bəli, baxıram. Dedim məni ələ salırsınız? Diktor 5 dəfə mənim adımı niyə çəkir? Desin ki, respublika prezidenti 5 fərmanı qəbul edib. Dedi biz sizi təbliğ edirik. Dedim bu nə təbliğatdır? Yaxşı, buna rəhbər neyləsin?


- Prezident İlham Əliyev rayonlara getmişdi. Qız-gəlin hamısı cumub cavan prezidenti öpürdü. Bun-ların atası-qardaşı, əri hara baxır? Biri demədi ki, işsizlikdir, maaşlar, təqaüdlər azdır, rüşvətxorluqdur, ailə başçıları ölkəni tərk edib.


- Onu təşkil edənlər prezidentə ziyan verir. Mən həmişə deyirəm ki, biz Avropanın tərkibindəyik. Müsəlman xalqı olaraq biz Avropa Şurasının tərkibindəyik. Bizdən başqa heç bir müsəlman xalqı bu Şuraya qəbul olunmayıb. Ona görə gərək biz orada olan qayda-qanunla davranaq. Orada belə şey yoxdur. Bizim cəmiyyətlə iqtidar arasında münasibətlərimiz nümunəvi olmalıdır. Bəyan etmişik ki, biz artıq Avropa yolu ilə gedirik. Yerlərdə olan məmurlar bu oyunlardan çıxırlar. Bunu nahaq edirlər. Baxın görün bizdə nə qədər səfirliklər var. Bəşəriyyətə açıq olan bir dövlətik. Baxırlar bizə, izləyirlər, nəticə çıxardırlar. Hardasa bir arayış yazırlar.


- Demokratik seçki keçirilsə, xarici dövlətlərin maraqlarına xidmət edən siyasətçilərimiz parlamentə düşüb ölkəmizi zərbə altında qoya bilərlər?


- Qoya bilərlər. Niyə qoya bilməzlər. Çünki bu iş üsulu ənənədir. Əbədi ənənədir. Onlar dövlət başçılarını çoxdan seçirlər, onların xüsusi kadr şöbələri var.


- Belə çıxır ki, bizim iqtidar demokratik seçki keçirməməkdə düzgün edir?


- Nə deyim vallah. Onun da qorxusu var, öz taleyimə istinad edərək mən dedim bayaq. Axı mən nələr etmirdim? Mən əl uzadırdım, vəzifə verirdim. Müxalifəti çağırırdım ki, bu çətin dövrdə ikinci cəbhə açmayaq, bizim birinci cəbhəmiz var. Qarabağ cəbhəmiz var, hara tələsirsiniz? Kimə deyirsiniz, gərək dağıdaq tökək. Belə fikirli adamlardır.


- Onları xaricdəki ağaları buna təhrik edirdilər?


- Sözün doğrusunu mən sizə deyim. Dünyada böyük siyasəti neft şirkətləri aparır. Bizdə də var. Elə bilirsiniz biz özümüz özümüzü idarə edirik? O zaman yenidənqurma siyasəti başlandı, qapılar açıldı, qapılar açıldısa, bu bazara soxulan olacaq. Yaxın qonşularımızın, uzaq qonşularımızın hamısının Azərbaycanda marağı var idi. Hamı özü üçün çalışırdı.


- Napoleon, Hitler kimi işğalçıları məğlub edən Rusiya ABŞ-ın hazırkı işğalının qarşısını ala biləcəkmi? 


- Hələ ki, heç nəyi dəqiq demək olmaz. Rusiya bizim böyük qonşumuzdur. Mən istəməzdim Rusiyada vəziyyət elə bir gərginliyə düşsün ki, bədbəxtliyə rast gəlsinlər. Çünki onun ziyanı bizə də olardı. Bu düşüncə rus siyasətçilərində var. Mən mətbuatda, internetdə hadisələri izləyirəm. Çox güclü söz-söhbətlər var. Rusiyanın siyasətçiləri çox ciddi tələblər irəli sürürlər. Onlar başa düşürlər ki, səhvə yol versələr, bu ölkəyə çox böyük bəla gələr. Rusiyada vicdanlı siyasətçilər çoxdur. 



faktxeber.com                  Cəfər Talıb





Bu konu hakkinda daha detayli yazi gorebileceginiz kaliteli bir internet kaynagi : dostlara ayid atalar sozleri

No comments:

Post a Comment